Sərdar Cəlaloğlu Xədicə İsmayılın təhdidinə cavab verdi

Sərdar Cəlaloğlu Xədicə İsmayılın təhdidinə cavab verdi

Xədicə İsmayılın dünən facebook səhifəsində yazdığı "bu dəfə özüm siyasətçilərin kimə işlədiyi haqqında siyahı yazacam" bəyanatına Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu SİA-ya verdiyi açıqlama ilə münasibət bildirib.

Eynulla Fətullayevin yaydığı siyahıya görə, Xədicə İsmayılın onu tənqid edənlər haqqında məlumatlar yayacağı ilə bağlı açıqlamasına Sərdar Cəlaloğlu konkret cavab verdi: "Əvvəla, mən demişəm ki, əgər bu siyahını Xədicə hazırlayıbsa, onda belə çıxır ki, onun özünün kəşfiyyat orqanı var. O ki qaldı Xədicənin yeni məlumatlar yayacağı ilə bağlı olan açıqlamasına, Xədicə nə bilir eləsin, nə cür bilir, o cür də eləsin. Kimi təhdid eləyir eləsin, mən onu özümə götürmürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə