"Milli Şuradan danışmağa dəyməz. Onların mövcud bərbad vəziyyətləri zatən göz önündədir". Bu fikirləri SİA-ya Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "El" Hərəkatının Ali Məclis sədri və həmçinin, Milli Şuranın üzvü Eldəniz Quliyevin Milli Şuranın ölkəmizdə keçiriləcək seçkilərə qatılma gücündə olduğunu söyləməsinə münasibət bildirərkən açıqlayıb.
Sərdar Cəlaloğlu həmçinin, Milli Şuradan istefalara münasibət bildirərkən qeyd edib ki, belə bir qurumun nə gücü qalıb, nə də potensialı: "Milli Şuradan və ya onun hansısa gücündən danışmağa dəyməz. Bu qurum artıq məhv olub".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB