Nikolay Sokol: “Əgər amerikalı polislərə “molotov kokteyli” atsaydılar, polis necə reaksiya verərdi?”

Nikolay Sokol: “Əgər amerikalı polislərə “molotov kokteyli” atsaydılar, polis necə reaksiya verərdi?”

"Düşünürəm ki, Ukraynada vəziyyət tamamilə fərqlidir". Bu haqda SİA-ya eksklüziv açıqlamasında Latviya Seyminin deputatı Nikolay Sokol ABŞ-ın təhlükəsizlik üzrə keçmiş katibi Zbiqnev Bzejinskinin " Ukraynada hakimiyyətlə müxalif arasında kompromis variantının alınmaması Avropa İttifaqı və Rusiya üçün böyük təhlükədir" fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukraynada Maydan hadisələri xaricdən idarə olunur: "Bilirsiz, burada əsas məsələ nədir? Gözlənilmədən Avropadan və Amerikadan demokratlar Ukraynaya gəlir və Ukraynanın bundan sonra necə yaşayacağı ilə bağlı müzakirələr aparmağa başlayırlar. Bax, elə buradan da başlamaq lazımdır. Çünki onlardan heç kim xahiş etməyib ki, Ukraynada baş verənlərə müdaxilə etsinlər. Ona görə də, düşünürəm ki, burada vəziyyət tamamilə fərqlidir. Ukraynadakı vəziyyətlə bağlı həddindən artıq şərhlər verilir. Görəsən, amerikalı polisə "molotov kokteyli" atsaydılar, polis necə reaksiya verərdi? O şəxsi böyük ehtimalla 25 il azadlıqdan məhrum edərdilər".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə