Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğan Almaniyaya səfəri başa çatıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Baş nazir səfərində son olaraq Almaniyada yaşayan Türklərlə bir araya gəlib.
Ərdoğan çıxışında ixracat rəqəmlərindəki rekord artıma diqqət çəkərək deyib ki, Türkiyə 2014-cü ilə ixracatda Cümhuriyyət tarixində bir ayda əldə edilən ən yüksək rəqəmlə daxil olub.
Qürbətçilərə Türkiyə ilə əlaqələrini kəsməmələrinin, xüsusilə də gənclərin, uşaqların dillərinə, mədəniyyətlərinə biganə qalmamalarının vacibliyini dilə gətirən Ərdoğan bildirib ki, ölkə xaricindəki Türklər prezident seçkilərində ilk dəfə səs verəcəklər. Vurğulanıb ki, 7 ayrı bölgədə 4 gün müddətində səs verilə biləcək.
Qeyd edək ki, Baş nazir Ərdoğan Türkiyə-Almaniya əlaqələrinə verdiyi dəstəyə görə "Dər Steiger Mükafatı"na layiq görülmüşdü. Lakin, Əfqanistanda hərbi helikopterin düşməsi və 12 Türk əsgərinin şəhid olması səbəbindən 2012-ci ildə mükafat mərasiminə qatıla bilməmişdi. Bu mükafat da Baş nazirə Berlin səfəri zamanı təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB