Milli Məclisin bugünkü plenar iclasında Avropa Şurasının "Terrorçuluğun qarşının alınması haqqında" Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib. SİA-nın xəbərinə görə, layihə barədə Təhlükəsizlik və Müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
Onun sözlərinə görə, layihənin əsas mahiyyəti üzv ölkələr arasında daha sıx birliyə nail olmaq, terrorçuluğun qarşısının alınması və xüsusən də terrorçuluq cinayətlərinin törədilməsinə yönələn açıq çağırışlara, terrorçuluğa cəlbetmə və terrorçuların hazırlanmasına qarşı mübarizə aparılması üçün effektiv tədbirlərin həyata keçirilməsindən ibarətdir. Sazişə qoşulan ölkələr terroçuluq cinayətlərinin törədilməsinin qarşısının alınmasıda öz imkanlarının təkmilləşdirilməsi, qabaqlayıcı xarakterli digər birgə səylərlə yanaşı, ən yaxşı təcrübələrini bölüşmək, məlumat mübadiləsi aparmaq istiqamətində bir-birini dəstəkləyəcəklər. Sənəddə terrorçuluqla əlaqəsi olan hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi,sanksiyaların və digər tədbirlərin tətbiqi nəzərdə tutulur. Konvensiyada terror qurbanları üçün müdafiə, Kompensasiya və dəstək tədbirlərinin həyata keçirilməsi də öz əksini tapıb.
İclasda həmçinin "Azərbaycanla Türkiyə arasında təhlükəsizlik haqqında" saziş də müzakirə olunub. Sazişə əsasən sənədi imza edən tərəflər milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq, transmilli cinayətkarlıq, xüsusilə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya, insan alveri, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizədə əməkdaşlıq etməyi öhdəlik kimi üzərlərinə götürürlər.
Müzakirə olunan digər məsələ isə "Azərbaycan və Türkiyə arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair" sazişin təsdiq edilməsi olub. Layihə barədə məlumat verən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sənədə əsasən əmək miqrasiyası məqsədi ilə ilk dəfə müraciət edənə bir müddətə yaşamaq icazəsi verilir. Növbəti uzatma müddəti isə bir ildən az olmamaq şərti ilə uzadılır. İşçiyə həmən müddətdə yaşamaq hüququ verilir. Əmək miqrantı sənədə qoşulan ölkələrin qanunvericiliyində nəzərdə tutulan müddətdə müvəqqəti yaşadıqdan sonra həmin dövlıətin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaşamaq icazəsi verilir.
Parlament nümayəndələri eyni zamanda "Azərbaycan və Türkiyə arasında kombinə edilmiş yükdaşımaları haqqında" sazişi də müzakirə edib. Layihə barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sənəd 15 maddədən ibarətdir. Sənəd sazişi imzalayan tərəflər arasında ticarət mübadiləsini inkişaf etdirməklə yanaşı beynəlxalq yükdaşımanı asanlaşdırmaq məqsədini daşıyır.
Qeyd edək ki, müzakirələrin sonunda 4 layihə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB