Azərbaycan Peru və İsraillə viza rejimini ləğv etdi

Azərbaycan Peru və İsraillə viza rejimini ləğv etdi

Milli Məclisin bugünkü iclasında "Azərbaycanla Peru arasında diplomatik və xidməti, xüsusi pasroptlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında" saziş müzakirə edilib. SİA-nın xəbərinə görə, sazişlər barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu pasroptlara malik şəxslər vizasız olaraq ölkələrə səfər edə biləcəklər.

Onun sözlərinə görə, vətəndaşlar səfər etdikləri ölkədə 90 gündən artıq qala bilməzlər. Bu pasportlara malik insanlar viza müddətini uzatmaq istədikdə aidiyyatı ölkənin müvafiq səlahiyyətli qurumlarının razılığını sorğu etməlidirlər.

İclasda həmçinin "Azərbaycanla İsrail dövləti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" saziş də müzakirə olunub. Sazişə əsasən diplomatik və xidməti pasportlara malik olan vətəndaşlar digər tərəfin dövlətinin ərazisinə səfər etmək, tranzit keçmək və ya ilk dəfə daxil olduqları tarixdən etirbarən 180 gün ərzində 90 gündən artıq olmayan müddətə qalmaq məqsədi ilə daxil olmaları üçün viza əldə etmək öhdəliyindən azad edilir. Bu müddətdən artıq qalmaq istədikdə isə vizanın uzadılması üçün icazə tələb edilir.

Müzakirələrin yekununda hər iki sənəd qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə