Macarıstanın hakim partiyasının gəncləri YAP Binəqədi rayon təşkilatında olublar

Macarıstanın hakim partiyasının gəncləri YAP Binəqədi rayon təşkilatında olublar

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə ölkəmizə səfər edən Macarıstanın hakim partiyası FİDESZ Gənclər Birliyinin sədri Aron Veresin rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında olublar. SİA-nın məlumatına görə, qonaqları qarşılayan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qafarov və Gənclər Birliyinin sədri Qudsi Bayramov rayon partiya təşkilatının fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, YAP Binəqədi rayon təşkilatında gənclərə kadr kimi yetişmələri, partiya işinin mənimsəmələri, idarəetmənin strukturunu dərindən öyrənmələri üçün lazımi təlimatlar, tövsiyyələr, məlumatlar verilir. Onlara idarəetmə təcrübəsi qazanmaq üçün hər cür şərait yaradılır. Həmçinin, gənclər üçün müxtəlif təlimlər, elmi-praktik konfranslar keçirilir.

Görüşdə Qudsi Bayramov Azərbaycan və Macarıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsini xüsusi vurğulayıb.

FİDESZ Gənclər Birliyinin sədri Aron Veres isə bildirib ki, iki dövlətin hakim partiyaları, eləcə də gənclər arasında əməkdaş münasibətlərin inkişafı mühümdür.

Sonda YAP Binəqədi rayon təşkilatı adından macar gənclərə xatirə hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə