Elçin Mirzəbəyli: “Eldar Namazovun Azərbaycanın siyasi sisteminə aidiyyatı yoxdur”

Elçin Mirzəbəyli: “Eldar Namazovun Azərbaycanın siyasi sisteminə aidiyyatı yoxdur”

"Eldar Namazov və ana müxalifət olmaq niyyətində olanlar artıq analıqdan keçiblər onlar artıq nənə müxalifət sayılırlar". Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, həyatlarının 20 ilindən çoxunu müxalifət düşərgəsində keçirən, uğursuz müxalifətlə bir yerdə olmağa üstünlük verən, fəaliyyətdə olduqları dövrdə heç bir ideya ortaya qoymayan, köhnə yel dəyirmanı kimi sadəcə hava boşluğuna işləyən insanlara ana müxalifət demək mümkün deyil: "Dünyada qəbul olunan prinsiplər var və bu prinsiplər seçkilərdə müəyyənləşir. Təəssüflər olsun ki, Azərbaycanda belə bir mənzərə yoxdur. Bütün hallarda ana müxalifət anlayışı parlamentdə təmsil olunan deputatlara və siyasi partiyalara deyilir. Çox istərdik ki, Azərbaycanın siyasi partiyaları parlamentdə bir fraksiya ilə iştirak etsinlər. Hazırkı şəraitdə parlamentdən kənarda olan, siyasi fəaliyyətlərini yalnız radikal çağırışlar üzərində quran, özlərini xarici dövlətlərin istifadəsinə verən insanlar nəinki ana müxalifət deyillər, bütövlükdə onların Azərbaycanın siyasi sisteminə aidiyyatı yoxdur, o cümlədən, Eldar Namazovun da".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə