Məhərrəm Zülfüqarlı: “Azərbaycanın özünün Qarabağ kimi problemi var”

Məhərrəm Zülfüqarlı: “Azərbaycanın özünün Qarabağ kimi problemi var”

"Məbuatda biz bu cür vəziyyətlərlə tanış olduruq və bu heç də xoşa gələn hal deyil". Bu haqda İctimai Problemlərin Tədqiqi Assosiasiyasının (AVCİYA) sədri Məhərrəm Zülfüqarlı son günlər Azərbaycan vətəndaşlarının radikal dini qruplaşmaların tərkibində Suriyada döyüşlərdə iştirakına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə ki, Azərbaycan dövlətçiliyi var, Azərbaycanın özünün Qarabağ kimi problemi var və Azərbaycan vətəndaşları bununla məşqul olmalıdırlar: "Belələri digər dövlətlərin daxili işlərinə qarışmamalı və orada muzdlu kimi çalışmamalıdırlar. Mənə elə gəlir ki, adiyyəti qurumlar bununla ciddi məşqul olmağa başlayıb ki, gələcəkdə bir daha belə hallarla üzləşməyək".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə