"AŞPA ölkəmiz üçün maraqlı bir təşkilatdır" AÇIQLAMA

"AŞPA ölkəmiz üçün maraqlı bir təşkilatdır" AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayıb. Hesab edirəm ki, bu sessiya dövründə Azərbaycan tərəfi məsələləri ölkəmizin milli maraqları kontekstində diqqətdə saxlayacaq və bu istiqamətdə addımlar atacaq". Bu sözləri SİA-ya politroloq Elman Nəsirli açıqlamasında deyib.

Ölkəmizin AŞPA ilə əməkdaşlığından danışan politoloq vurğulayıb ki, ölkəmiz bu təşkilatla əməkdaşlıq münasibətlərini qoruyub saxlayır və onu inkişaf etdirmək xətti ilə gedir: "Biz Avropa Şurasına üzv olan ölkəyik. Azərbaycan dövləti demokratik inkişaf yolu seçilmiş bir dövlət olmasına baxmyaraq onun qarşısında müəyyən öhdəliklərimiz var. Eyni zamanda, Avropa Şurasının da bizim qarşımızda götürdüyü öhdəliklər var və onların öhdəliyinə Dağlıq Qarabağ prosesinə dəstək verməsi daxildir. Azərbaycan üzərinə mütəmadi olaraq bir çox sferalarda islahatlar aparmağı götürüb. Demokratiya dayanmaz bir prosesdir və bu yolda heç bir zaman statik vəziyyət ola bilməz. Bu gün heç bir dövlət deyə bilməz ki, o tam demokratikdir. Əgər hansısa bir dövlət bunu desə, demək o ölkədə demokratiyadan əsər-əlamət yoxdur. Demokratiya özü davamlı bir prosesdir və orada bir nöqtə yoxdur ki, dayanıb və bəyan edəsən ki, mən artıq demokratik inkişaf yolunu başa çatdırdım. Bu cür yanaşma kökündən səhvdir".

Politoloq vurğulayıb ki, AŞ-ı insan hüquq və azadlıqlarını qoruyan bir təşkilatdır və bu baxımından da bizim əsas məqsədimiz Ermənistan təcavüzu nəticəsində qaçqın və məcburi köçkünlərimizin hüquqlarının qorunmasıdır: "Əgər AŞ həqiqətən də bu missiyanı yerinə yetirirsə, o zaman ölkəmizdə Ermənistan təcavüzü nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin hüquqlarının tapdalandığını unutmamalıdır. Bizim bu təşkilatdakı əsas missiyamızı məhz bu məsələnin nəzərə alınması təşkil edir. Ölkəmiz həm AŞ-ı həm də AŞPA ilə əlaqələrində bu məsələləri gündəmdə saxlayır. Bundan əlavə, bu təşkilatla bizim seçki ilə bağlı proseslərdə də sıx əməkdaşlığımız var. Belə ki, onlar ölkəmizdə keçirilən bələdiyyə, parlament və prezident seçkilərində təmsil olunurlar. Ötən il də ölkəmizdə baş tutan prezident seçkilərində yaxından iştirak etdilər və prosseslə bağlı müsbət rəylərini bildirdilər. Düzdür, ayı-ayrı qurumların fikirlərində ikili standartların şahidi olduq, amma ümumilikdə təşkilat məsələni müsbət dəyənləndirdi. Bütün bu məsələləri nəzərə alaraq demək olar ki, AŞPA ölkəmiz üçün maraqlı bir təşkilatdır və ölkəmiz bu təşkilatın sessiyalarında təmsil olunur. Düşünürəm ki, budəfəki sessiya da ölkəmiz üçün maraqlı məsələlərin müzakirəsinə öz töhfəsini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə