Elçin Mirzəbəyli: “Azərbaycanın bu danışıqları pozmağa cəhd göstərməsinə heç bir əsas yoxdur” AÇIQLAMA
"İşğalçı ölkə bu günə kimi konstruktiv mövqe nümayiş etdirməyib. Azərbaycanın mövqeyi isə açıq-aydın ortadadır". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli son günlər erməni təxribatlarına və onlar tərəfindən yayılan dezinformasiya xarakterli məlumatlara münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, yanvarın 29-da keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində ermənilər müxtəlif təxribatlara yol verir. Təbii ki, bu, işğalçı ölkə tərəfindən atılan ilk belə addım deyil: "Hər kəsə məlumdur ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf, məhz Ermənistan dövlətidir. Ölkəmizin bu danışıqları pozmağa cəhd göstərməsinə isə heç bir əsas yoxdur. Çünki Azərbaycan bütün vasitələrlə öz torpaqlarını düşməndən azad etmək istəyir. Bu baxımdan görünür, Ermənistan tərəfi həm xarici işlər nazirləri, həm də prezidentlər səviyyəsində keçiriləcək növbəti danışıqlarda irəliyə doğru hər hansı bir addım atmaq niyyətində deyil. İşğalçı ölkə bunu pərdələmək üçün cəbhə xəttində gərginliyi artırır və danışıqlar prosesini ləngitməyə çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB