"Türkiyə narahatlıqla yox maraqla baxılan bir ölkədir". SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Dünya İqtisadi Forumuna qatılmaq məqsədilə Davosda olan xarici işlər naziri Əhməd Davudoğlu, TRT-yə verdiyi özəl müsahibəsində deyib: "Biz hərdən ölkə daxilindəki məsələlərə çox üstünlük verdiyimizdə zənn edirik ki, bütün dünya bunu mübahisə edir. Türkiyə elə bir coğrafiyada yerləşir ki o, xarici siyasətdən, iqtisadiyyatdan danışmaq məcburiyyətindədir. Başqa bir ölkə də belə bir coğrafiyada yerləşsə, Türkiyənin nə səviyyədə sıx gündəmlə məşğul olduğunu görər. Davosda Türkiyə narahatlıqla baxılan yox, maraqla baxılan bir ölkə mövqeyində oldu. Suriyadakı qarşıdurmalar da Davosun dəyişməyən gündəm maddəsi idi".
Davudoğlu bu məsələyə də işarə edərək deyib ki, işgəncə foto şəkillərinin ortaya çıxmasından sonra Suriyadakı qarşıdurmalar beynəlxalq arenada daha çox gündəmə gəlməyə başladı".
Xarici işlər naziri Əhməd Davudoğlu Davosda keçirdiyi bir sıra ikitərəfli görüşlər çərçivəsində İranlı həmkarı Məhəmməd Cavad Zəriflə də bir araya gəlib.
Görüşdə, iki həmkar Suriyadakı son vəziyyət və bu ölkədəki böhranın həlli məqsədilə İsveçrədə keçirilən beynəlxalq konfransla bağlı fikir mübadiləsi aparıblar.
Davudoğlu həmçinin baş nazir Rəcəb Tayyib Ərdoğanın növbəti həftə İrana reallaşdıracağı səfəri çərçivəsində iki ölkə əlaqələrini təfərruatlı şəkildə müzakirə etdiklərini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB