ÜGT Avropa Regionu üzrə Milli Tədris Mərkəzləri Rəhbərlərinin 1-ci Konfransı öz işini davam etdirib YENİLƏNİB
Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə Milli Tədris Mərkəzləri Rəhbərlərinin 1-ci Konfransı öz işini davam etdirib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan da daxil olmaqla, 42 iştirakçı və 5 müşahidəçi ölkənin, bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edib.
Bu gün konfransın ikinci günündə "Gömrük tədrisində innovasiyalar" mövzusunda milli gömrük tədrisində innovativ öyrənmə metodları və Milli Tədris Mərkəzləri arasında yeni tədris alətlərini paylaşmaq yolları, "Milli Tədris Mərkəzləri: regionlaşma və tərəfdaşlıq" mövzusunda ÜGT-nin regional strukturları və onların gömrük tədrisinin əlaqələndirilməsi və tədrisin inkişafı sahəsində Milli Tədris Mərkəzləri ilə əməkdaşlığı, tərəfdaş Milli Tədris Mərkəzləri ilə birgə təlim kurslarının təşkilində milli təcrübə və tərəfdaşlıqlar yolu ilə gömrüyün tədrisi məsələlərinə dair təqdimatlar keçirilib.
Mövzu ətrafında moderator qismində İqbal Babayev iştirak edib. Təqdimatçı qismində isə makedoniyalı nümayəndə Zlatko Veterovski, rusiyalı nümayəndə Sergey Flippenko, Qazaxıstanlı nümayəndə Yermek Kozhabergenov iştirak ediblər.
İsrail dövlətinin nümayəndəsi Viktoriya Vinakur: "Mən İsral Gömrük Komitəsini təmsil edirəm. Bizim üçün bu tədbirin çox böyük əhəmiyyəti var. Çünki biz insan resurslarının təlimlənməsinə və inkişafına böyük önəm veririk. Mən ötən gün ki çıxışımda da vurğuladım ki, hər bir gömrük xidmətinin artıq təlim proqramı var. Lakin bu təlimin bir xüsusiyyəti odur ki, təlimdə ayrı-ayrı nümayəndələr kiçik lakin çox parlaq ideyalar da irəli sürürlər. Məlumdur ki, bu konfransda iştirak etməklə heç kəs təlim proqramını başdan-ayağa dəyişməyəcək. Amma bu ideyaları ayrı kamponentlər kimi təlim proqramına daxil etmək olar. Məsələn, burada çox gözəl ideyalar mövcud idi - "Gənc nəsilə vergilər haqqında məlumatın ötürülməsi", "Gənc nəslin vergi məsələləri ilə bağlı maarifləndirilməsi", "Təlimçilərin hazırlığında hansı yanaşmaları tətbiq etmək olar" və s. Bax, bu kimi ayrı-ayrı həlqələri təlim proqramına daxil edərək, onları daha da zənginləşdirmək olar.Bu baxımdan hesab edirəm ki, konfran böyük əhəmiyyətə malikdir".
Avstraliya dövlətinin nümayəndəsi Devid Bosolo: "Mən Beynəlxalq Gömrük Tədris universitetlərinin İttifaqını təmsil edirəm. Düşünürəm ki, bu konfransın əhəmiyyəti çox böyükdür. Çünki bu konfransda müxtəlif ölkələrin Gömrük sahəsində fəaliyyət göstərən regional təlim mərkəzləri təmsil olunur. Biz bu cür konfransın keçirilməsi ilə müxtəlif regional təlim mərkəzləri arasında olan təcrübə mübadiləsinin inkişafına əsaslı zəmin yaradırıq. Düşünürəm ki, bu kimi təcrübə müadilələrinin də gələcəkdə çox böyük əhəmiyyəti olacaq. Avstraliya ilə Azərbaycan arasında olan münasibətlərə gəlincə deyə bilərəm ki, hər iki dövlət arasında əlaqələr yüksək məcrada inkişaf etdirilir. Hesab edirik ki, bu münasibətlər bundan sonra da uğurla davam etdiriləcək.

Avropa Komissiyasının beynəlxalq münasibətlər bölməsinin təmsilçisi Suzan Yakobson: "Üç gün davam edəcək konfransın özəlliyi odur ki, burada təlim, maariflənmə gənclər üçün xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi, də gənclər bizim gələcəyimizdir. Digər tərəfdən isə konfransın əhəmiyyəti ondan ibarətdir ki, burada biz hər birimiz kimisə öyədirik və maarifləndiririk. Amma biz bütün bunları fərqli şəkildə və fərqli yollarla edirik. Məhz bu üç günlük konfrans ayrı-ayrı yollar, metodlar, üsullar üzərində fikir və təcrübə mübadiləsinin aparılmasına yol açır".

Avstriya federal maliyyə nazirliyinin nümayəndəsi Eleonore Siegert: "Konfransla bağlı onu deyə bilərəm ki, burada təşkil olunan təlimlər xüsusi əhəmiyyətlidir. Mən həmçinin konfransda maraqlı təqdimatların şahidi oldum. Təqdimatların texniki hissəsində bilik və bacarıqların, təcrübələrin auditoriyaya çatdırılması mənim üçün daha vacibdir. Çünki biz qurumuzda bilavasitə tədris, maariflənmə və təhsil məsələləri ilə məşğul oluram. Bundan əlavə Azərbaycanın və onun adət-ənələrinə heyran qalmışam. Ölkəniz öz qonaqpərvərliyi ilə deyərdim ki, bir sıra ölkələrə nümunədir. Azərbaycana etdiyim səfər indiyədək reallaşan ən xoş, işgüzar səfərlərimdən biridir".
Qeyd edək ki, həmin gün üçüncü sessiyada keçiriləcək və "Gömrük tədrisi üçün ümumi yanaşmanın yaradılması: milli gömrük tədris diaqnostik aləti üçün elementlər" mövzusunda məruzə dinləniləcək.
Daha sonra tədbir iştirakçıları ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə, həmçinin ÜGT-nin Regional Tədris Mərkəzinə ziyarət edəcəklər. Konfransın sonuncu günü, yanvarın 24-də isə üçüncü sessiyanın davamı olaraq Avropada gömrük tədrisi sahəsində əməkdaşlığın gücləndirilməsi üçün təkliflər nəzərdən keçiriləcək və bununla da tədbirə yekun vurulacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB