AMİP şərt qoydu: ya Milli Şura, ya da DQB

AMİP şərt qoydu: ya Milli Şura, ya da DQB
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Milli Şurada təmsil olunan Klassik Xalq Cəbhəsinin (KXCP) sədri Mirmahmud Mirəlioğluna və yeni təsis olunmuş "Azad Demokratlar Partiyasının (AzDP) rəhbəri Sülhəddin Əkbərə qarşı şərt irəli sürüb. SİA-nın məlumatına görə, AMİP sədri şərtində bildirib ki, Demokratik Qüvvələr Birliyi (DQB) seçki blokuna çevrilmək üçün müzakirələrə başlamaq təşəbbüsü ilə çıxış edir və Mirmahmud Mirəlioğlu ilə Sülhəddin Əkbər bununla bağlı son qərarlarını verməlidirlər: "Bu baxımdan da KXCP ilə AzDP-nin ya Milli Şurada, ya da DQB-də qalmaqla seçim etmələrinin vacibdir."

Partiyalar isə Milli Şurada, yaxud DQB-də qalacaqlarını tam müəyyənləşdirmədiklərini və müzakirə aparacaqlarını bildiriblər.

Xatırladaq ki, DQB-də AMİP, Xalq Azadlıq Partiyası, İslam Demokrat Partiyası, AzDP, KXCP, Azərbaycan Liberal Partiyası və Böyük Azərbaycan Partiyası təmsil olunur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня