Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Argentina Milli Konqressinin Deputatlar Palatasının sədri Xulian Dominqez ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı, qarşılıqlı olaraq səfirliklərin təsis olunması, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, müxtəlif sahələrə dair sənədlərin imzalanması, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT TŞ-də hər iki ölkənin qeyri-daimi üzvlüyü müddətində səmərəli əməkdaşlıqdan məmnunluq bildirilib.
Həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, xüsusilə də kənd təsərrüfatı, ərzaq emalı, yüksək texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağı vurğulanıb.
Azərbaycan və Argentina parlamentlərindəki müvafiq dostluq qruplarının fəaliyyəti və parlamentarların həyata keçirilən qarşılıqlı səfərlərinin Azərbaycan-Argentina əməkdaşlığına verdiyi töhfələr qeyd olunub, parlamentlərarası əlaqələrin genişləndirilməsi istiqamətində işin davam etdirilməsi haqda razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB