Hacıbaba Əzimov: “Şamuyandan yazanın da, yalan danışanın da...”

Hacıbaba Əzimov: “Şamuyandan yazanın da, yalan danışanın da...”

Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMP) sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Hacıbaba Əzimovun "El" Hərəkatının üzvləri Mehdibəy Səfərov və Eldəniz Quliyevlə münasibətləri kəskinləşməkdə davam edir. SİA xəbər verir ki, VAMP sədri son günlər sosial şəbəkələrdə qarşı tərəfdən ona tərəf hücumların artırıldığını iddia edir: "Facebookda, müxtəlif saytlarda mənə qarşı qərəzli, əsası olmayan fikirlər səsləndirirlər, şərəfsizcəsinə, böhtan atırlar. Bir sözü əllərində bayraq ediblər ki, guya mənim bütün elmi fəaliyyətim, əsərlərim Şamuyana həsr olunub. Yalançının Allah başına daş salsın. Şamuyandan yazanın da, yalan danışanın da..."

Hacıbaba Əzimov qarşı tərəfi növbəti dəfə separatçılıqda günahlandırıb və iddia edib ki, zaman yetişən kimi onların iç üzlərini açacaq: "Bu adamlar özləri xalqın, dövlətin bünövrəsini qaza-qaza, separatçılıqla məşğul ola-ola mənə qarşı hücuma keçiriblər. Getsinlər öz keçmişlərinə baxsınlar".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə