Mangistau vilayətində 20 Yanvar şəhidlərinin anma tədbiri keçirilib

Mangistau vilayətində 20 Yanvar şəhidlərinin anma tədbiri keçirilib

Azərbaycanın Baş konsulluğu Mangistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin gənclər təşkilatı ilə birgə vilayətin ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrin və orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, baş konsulluqda təşkil olunan tədbirdə 20 yanvar faciəsi ilə bağlı fotostendlər qurulub, mövzuya dair kitabların sərgisi təşkil olunub.

Tədbirin əvvəlində Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsinin başvermə səbəbləri haqqında tədbir iştirakçılarına məlumat verilib.

Tədbirdə vilayətin ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr 20 Yanvar faciəsi ilə bağlı çıxışlar ediblər.

Gənclərə faciənin səbəbləri və nəticələri barədə məlumatlar verilib.

Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə