Yeni təsis olunmuş Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər "Yeni Müsavat"ın onun Milli Şura ilə bağlı açıqlamasının məzmununu dəyişdiyini iddia edib. SİA-nın məlumatına görə, qarşı tərəf onun sözündən ipucu axtarıb: "Dediklərimi konteksdən çıxarıblar. Əslində mən jurnalistlərin Milli Şura haqqında sualına cavab verməmişəm. Ona görə söylədim ki, Milli Şrada yeni vəziyyət baş verməyib və bu haqda danışmaq istəmirəm…Yəni, mən Milli Şuradan yox, Milli Şura əleyhinə iş aparanlardan bezdiyimi söyləmişəm".
Xatırladaq ki, "Yeni Müsavat" qəzeti son zmanlar Milli Şura ilə bağlı sərt tənqidi yazılar və açıqlamalar dərc edir və adıçəkilən qurumla Müsavat Partiyası arasında kəskin fikir ayrılıqları yaşanmaqdadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB