Sülhəddin Əkbər: "Rəsul Quliyevlə mənim aramı Müsavat vurub"

"Müsavat müxalifəti parçalamaq missiyasını yerinə yetirir"
Sülhəddin Əkbər: "Rəsul Quliyevlə mənim aramı Müsavat vurub"

"Müsavatı heç kim qınamasın, o uzun illərdir ki, üzərinə götürdüyü missiyanı yerinə yetirir. O missiyanı ki, müxalifətin birləşməsinə imkan verməsin, alternativ qüvvələr yaratsın. Ona görə də, Müsavatın bu gün Cəmil Həsənlini, Rüstəm İbrahimbəyovu hədəf seçməsi anlaşılandır". Bu fikirləri Milli Şuranın bir sıra üzvlərinin dünən keçirtdiyi qapalı iclasda Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

Həmin iclasda iştirak edən Milli Şura üzvünün SİA-ya verdiyi məlumata görə, Milli Şura üzvlərinin də Müsavata qarşı adekvat addım atmaq planları var: "Və bu plan birbaşa Sülhəddin Əkbərdən gəlir. S.Əkbər dünənki qapalı iclasda da dedi ki, Müsavat müxalifəti parçalamaq missiyasını yerinə yetirir və onlara cavab verilməlidir. Əslində Rəsul Quliyevlə onun arasını da Müsavat vurub".

Bütün xəbərlər Facebook səhifəmizdə