"20 Yanvar hadisəsi Azərbaycanın və bütövlükdə türk dünyasının faciəsidir"
"20 Yanvar faciəsi Azərbaycanın və bütövlükdə türk dünyasının faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya yeridilərək dinc əhaliyə divan tutaraq qırğınlar törədib". SİA-nın məlumatına görə, bunu millət vəkili Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, həmin gecədə əliyalın insanlara, o cümlədən uşaqlara və qocalara qarşı qəddarlıq göstərilib, günahsız qanlar tökülüb: "Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. 20 Yanvar faciəsi ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsl niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi. 24 il əvvəl öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB