Musavat.com-a qarşı haker hücumunun arxasında Rüstəm İbrahimbəyov dayanıb?
Bu gün Musavat.com saytına qarşı haker hücumu düzənlənib. SİA-nın məlumatına görə, "Yeni Müsavat" qəzetinin elektron variantı bu barədə məlumat yayarkən qeyd edilib ki, hücum Rusiya ərazisindən edilib və məqsəd arxasında son siyasi proseslər dayanıb: "Artıq hücumun Rusiya ərazisindən edildiyi tam şəkildə dəqiqləşib. Məlum olub ki, hücum bir şirkətə məxsus kompüterlərdən edilib. Müsavat.com-a qarşı bu hücumun son siyasi hadisələrlə bağlı ola biləcəyi qətiyyən istisna deyil. Və ümumiyyətlə, bu hücumla bağlı artıq daha detallı araşdırmalara başlanılıb, nəticələr aydınlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək."
Xatırladaq ki, Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonar AXCP və Milli Şura tərəfindən bu quruma qarşı hücumlar total xarakter alıb. Ötən gün isə Rusiyanın qaranlıq siyasi dairələri ilə yaxın olan Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov qarşı tərəfi hədəfə alan bəyanat yayıb. İstisna deyil ki, Müsavat Partiyasının rəhbərliyi hücumun Rüstəm İbrahimbəyovun sifarişi ilə həyata keçirildiyinə eyham vurur.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB