Türkiyə Somaliyə edilən humanitar yardımları və dəniz quldurlarına qarşı mübarizəyə dəstəklərini davam etdirəcəyini bildirib. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir. Məlumata əsasən Ədən körfəzi, Somali sahilləri və açıq dənizdə, Ərəb dənizi və qonşu bölgələrdə, 2009-cu ildən etibarən dəniz quldurları ilə mübarizə edilməsi məqsədilə xidmət göstərən Türk Silahlı Qüvvələri hissələrinin vəzifə müddəti, 10 fevral 2015-ci il tarixinədək uzadılıb.
Açıqlamada vurğulanıb ki, dəniz quldurluğuna dair fəaliyyətlər beynəlxalq təhlükəsizlik problemidir. Bu problem eyni zamanda dəniz nəqliyyatı və gəmi səyahətlərinə də mənfi təsir edir. Dəniz quldurluğu və silahlı oğurluq ilə mübarizədə, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verən Türkiyə, bu sahədəki cəhdləri dəstəkləyir. Həmin çərçivədə, 2009-cu ildən etibarən bölgədə keşik çəkən bir Türk gəmisi öz fəaliyyətlərini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB