AXCP rəsmilərinin Ümid Partiyasının sədri İqbal Ağazadəyə hücumları artmaqda davam edir. SİA-nın məlumatına görə, bu dəfə Cəbhə sədrinin müavini Nurəddin Məmmədli İqbal Ağazadənin "Yeni Müsavat" qəzetində AXCP rəhbərliyini avtoritar idarəçilikdə ittiham etməsinə kəskin mövqe nümayiş etdirib: "Biz Müsavatla əməkdaşlıq etdiyimiz üçün Müsavatın mövqeyini nəzərə almışıq. İctimai Palata yarananda ADP sədri dəfələrlə Ümid Partiyasının da bu quruma daxil olmasını təklif etsə də Müsavat Partiyası bu təşəbbüsü qəbul etmədi."
Nurəddin Məmmədli İqbal Ağazadənin AXCP-ni ittiham etdiyinə görə cavab vermək məcburiyyətində qaldığını bildirib: " Əgər bizə qarşı ittiham olmasa, belələri ilə polemikaya girmək və cavab vermək zorunda qalmarıq. Lakin görünən budur ki, əlinə balta keçirən AXCP-yə hücum edir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB