Köçəri Nağıbəyli: “Milli Şurada hər kəs bir-birinə söz atır”

Köçəri Nağıbəyli: “Milli Şurada hər kəs bir-birinə söz atır”
Milli Şuranın dünənki sessiyasında baş verən istefalardan sonra quruma qarşı ittihamlar artmağa başlayıb. SİA xəbər verir ki, "El" hərəkatı sədrinin müavini Köçəri Nağıbəyli istefasının səbəbini açıqlayarkən artıq özü ilə yanaşı cəmiyyətin "Milli Şura"dan iyrəndiyini deyib: "Cəmiyyət artıq Milli Şuradan iyrənib. Mən bu söz-söhbətlərin içində olmaq istəmirəm".

Milli Şuradakıların tərbiyəsizliyinə də toxunan "El" rəsmisi qeyd edib ki, o, dünənki sessiyanın gedişindən də razı qalmayıb: "Bu qarşıdurmaların, didişmələrin içində olmağı özümə yaraşdırmıram. Orada hər kəs bir-birnə söz atır. Belələri ilə bir yerdə olmaq istəmirəm".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня