“Səs” qəzetinin redaksiyasında 20 Yanvar hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilir YENİLƏNİR

“Səs” qəzetinin redaksiyasında 20 Yanvar hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilir YENİLƏNİR

"Səs" qəzetinin redaksiyasında 20 yanvar hadisələrinin 24-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilir. SİA-nın məlumatına görə, dəyirmi masada Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynov, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev, Milli Azadlıq Hərəkatının təmsilçisi Məmməd Əlizadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, "Bakı-Xəbər" qəzetinin baş redkatoru Aydın Quliyev, Vəhdət Partiyasının üzvü Etibar Səmədov iştirak edirlər.

Dəyirmi masa iştirakçıları həmin dövrlərdə baş verən hadisələrin səbəbləri, faciənin günahkarları və Azərbaycan xalqının tarixi mübarizədə oynadığı rol haqqında fikir mübadiləsi aparırlar.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə