Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussen ilə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Bəli, əlbəttə, bu, həmçinin Avropa Şurası Parlament Assambleyasının qərarında da təsdiqlənib. Ötən ilin dekabrında Avropa Şurasında bu məsələ ilə bağlı geniş müzakirələr aparıldı. Assambleyanın bəzi üzvləri tərəfindən Azərbaycanda siyasi məhbuslar haqqında irəli sürülmüş qətnamələr keçmədi. Assambleyanın əksər hissəsi bu qətnamələrə dəstək vermədi. Bu, o deməkdir ki, mənim ötən il burada, Avropa Komissiyasında söylədiklərim Avropanın və dünyanın ən mühüm təsisatlarından biri sayılan təşkilat tərəfindən təsdiqləndi. Azərbaycan artıq on ildən çoxdur ki, Avropa Şurasının üzvüdür. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüyük. Bu, öncədən onu təsdiqləyir ki, ölkəmizdə siyasi məhbus ola bilməz. Əgər kiməsə qeyri-ədalətli münasibət göstərilibsə həmin şəxs Avropa Məhkəməsinə müraciət edə bilər. Biz Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşırıq. Həmçinin bildirmək istəyirəm ki, siyasi məhbus tərifi mövcud deyil. Fikrimizcə, əgər siyasi məhbus tərifi Avropa Parlamenti və ya Avropa Şurası tərəfindən müəyyən edilsə, bu, yaxşı ideya olardı. Belə olan halda kiminsə siyasi məhbus olması və ya olmamasını müəyyən etmək çox asan olardı. Ona görə, fikrimcə, verdiyiniz suala ən yaxşı cavab Avropa Şurası Parlament Assambleyasının 2013-cü ilin yanvarında qəbul etdiyi qərarı ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB