Siyasi ekspert: “Azərbaycan-NATO münasibətləri strateji əhəmiyyətə malikdir”

Siyasi ekspert: “Azərbaycan-NATO münasibətləri strateji əhəmiyyətə malikdir”

"Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində NATO-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi və regionun sabitliyinə və təhlükəsizliyinə təhdid olan problemlərin müzakirəsi diqqət mərkəzində ola bilər". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hatəm Cabbarlı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan-NATO münasibətləri strateji əhəmiyyətə malikdir: "Azərbaycan müstəqilliyini elan etdikdən sonra müxtəlif beynəlxalq təşkilatlara üzv olub və çoxşaxəli siyasət həyata keçirir. Təhlükəsizlik məsələsinin təmin olunmasında NATO ilə əlaqələrin yaradılması çox təqdirəlayiq haldır. Təsaqdüfi deyil ki, bu gün Azərbaycan ordusu NATO standartlarına uyğun şəkildə qurulur".

H.Cabbarlı qeyd edib ki, Ermənistanın Rusiyanın liderliyi ilə yaradılan Gömrük və Avrasiya İttifaqına qoşulmaq niyyəti şimal qonşumuzun regionda təsirini artıra bilər: "Buna görə də təhlükəsizlik məsələləri daxilində NATO-Azərbaycan münasibətlərinin prespektivləri bu görüşlərdə müzakirə edə bilər. Bu baxımdan Azərbaycanın təhlükəsizlik məsələlərində bəzi korrektələr edəcəyi ehtimalı hər zaman var".

Bütün xəbərlər Facebook səhifəmizdə