Əli Orucov: "Bizləri "razborkalarınıza" qatmayın

Əli Orucov: "Bizləri "razborkalarınıza" qatmayın

Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra partiyaya və partiyanın bu addımını dəstəkləyənlərə qarşı düşərgədaxili hücumlar artmaqda davam edir. SİA-nın məlumatına görə, bu dəfə "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlu hədəfə alınıb.

Onun son yazılarının birində Əli Kərimli ilə yanaşı AMİL lideri Etibar Məmmədovu da xəyanətlərdə ittiham etməsi milli istiqlalçıların qəzəbi ilə qarşılanıb.

AMİP Mərəkzi Şurasının üzvü Əli Orucov qeyd edib ki, Rauf Arifoğlunun Müsavat başqanı Isa Qəmbəri "ölkədə azsaylı strateqlərdən biri" kimi qiymətləndirməsində müəyyən məqamlar dayanıb: "Bu barədə Rauf bəyin fikri ilə razıyam. Doğrudan da Azərbaycan müxalifəti daxilində parçalanma və gərginlik yaratmaq, müttəfiqlərini yarı yolda qoymaq, imzasından qaçmaq, eləcə də həmişə korporativ maraqları hər şeydən üstün tutmaq üzrə hörmətli Isa bəy çöx güclü strateqdir. Bunu Rauf bəy deməsə də ölkədə demək olar ki, hamı bilir. Fürsətdən istifadə edərək onu da bəzi şəxslərin diqqətinə çatdırmaq istərdim ki, bizləri bitib-tükənməyən öz münaqişənizə, "razborkalarınıza" və intriqalarınıza qatmayın. Onsuz da sizlər belə şeylərə öyrəncəlisiniz".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə