Partiya sədri: “Hesab edirəm ki, bunları ancaq sənayenin inkişafı aradan qaldıra bilər” AÇIQLAMA

Partiya sədri: “Hesab edirəm ki, bunları ancaq sənayenin inkişafı aradan qaldıra bilər” AÇIQLAMA

"Cənab Prezidentin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı iki məsələ mənim diqqətimi daha çox cəlb etdi. Belə ki, həmin iclasda dövlət başçısı bir daha korrupsiyadan xilas olmağın vacibliyini önə çəkdi. İkincisi isə 2014-cü ilin "Sənaye ili" elan olunması idi". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı dövlət başçısının 2014-cü ili "Sənaye ili" elan etməsi məsələsinə münasibət bildirərkən deyib.

"Biz bilirik ki, müxtəlif vaxtlarda həm "Ekologiya ili, həm "Turizm ili" həm də "İKT ili" elan olunub. Beləcə, ölkədə xeyli sayda ağaclar əkildi, ekoloji tədbirlər görüldü və göllər quruduldu. İKT sahəsində isə Azərbaycanın peyki orbitə buraxıldı və digər məsələlər həyata keçirildi. Bəs gəlin görək, 2014-cü ili "Sənaye ili" kimi şərtləndirən amillər başlıca olaraq nədən ibarətdir? Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, "biz neft amilini insan amilinə çevirməliyik". Baxmayaraq ki bizim qaz ehtiyyatlarımız ildən-ilə artır, amma dövlət başçısının qarşıya qoyduğu ən böyük vəzifə Azərbaycanın xammal respublikası, dövləti olmamasıdır. Təbii ki, bütün bunları da sənayenin inkişafı aradan qaldıra bilər. Hətta cənab Prezident çıxışında bildirdi ki, metallurgiya sənayesinin inkişafı üçün Azərbaycanda kifayət qədər xammal ehtiyyatı mövcuddur.

Dövlət başçısı həmçinin nitqində Mingçevir şəhərində də böyük sənaye kompleksinin tikiləcəyini bildirdi. Ən əsas məsələ isə ondan ibarətdir ki, ölkə rəhbərinin də dediyi kimi, ixracat qabiliyyətli sənayenin inkişafı mühüm rola malik olmalıdır. Bu il tək Azərbaycan iqtisadiyyatına 27 milyard investisiya qoyulub. Bunun da 17 milyarda yaxını daxili investisiyanın payına düşür. Biz bilirik ki, Azərbaycanda "Sement" zavodu tikilib, "Neftayırma" zavodunun isə inşasına başlanılacaq. Bütün bunların reallaşdırılmasında məqsəd ölkəmizin neftdən, qazdan asıllığını aradan qaldırmaqdır" – deyə, Partiya sədri sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə