İgəndər Həmidov: “Artıq Milli Şurada qala bilmərəm"

İgəndər Həmidov: “Artıq Milli Şurada qala bilmərəm"

Milli Şuranın keçiriləcək sessiyasında növbəti istefalar gözlənilir. SİA-nın məlumatına görə, "El" Hərəkatı və KXCP rəsmiləri ümumi müzakirələrdən sonra qurumun tərkibində qalıb-qalmamaq qərarlarını ictimailəşdirəcəklər. Lakin bu arada Milli Şuranın daha bir təmsilçisi – İsgəndər Həmidov da qurumda qalmayacağını bildirib. O, bu addımını sessiyada atacağını bəyan edib: "Yaxın günlərdə mən də Milli Şuranı tərk edəcəm. Milli Şuranın sessiyasını gözləyirəm".

Maraqlıdır ki, İsgəndər Həmidov istefa səbəbini Müsavat Partiyasının başqanı İsa Qəmbərlə əlaqələndirib: "Mən 25 ildir İsa bəylə eyni siyasətdəyəm, birgə çox yol keçmişik. İsa bəy bu addımı atıbsa, mən də avtomatik olaraq bu addımı atacam. Artıq Milli Şurada qala bilmərəm. Yaxın günlərdə şuranın iclasında bunu açıqlayacam".

Müsavatçıların Milli Şuradan ayrılma qərarlarını alqışladığını deyən Həmidov bunun üçün əsas olduğunu deyib: "Arif Hacılı, İsa bəy kimi dostlarım var. Onların addımına hörmətlə yanaşıram. Hesab edirəm ki, belə etməkdə əsasları var. Mən də eyni addımı atacam".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə