Rauf Zeyni: “20 yanvar faciəsi ilə bağlı daha geniş araşdırmalar aparılmalıdır”

Rauf Zeyni: “20 yanvar faciəsi ilə bağlı daha geniş araşdırmalar aparılmalıdır”

"20 yanvar faciəsi ilə bağlı daha geniş araşdırmalar aparılmalı və məlum faktlar, həqiqətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır". Bunu SİA-ya Milli QHT Forumunun sədri Rauf Zeyni deyib.

R. Zeyni deyib ki, QHT-lər bu faciənin tarixi gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində önəmli işlər görməlidirlər: "Milli QHT Forumu olaraq biz də bu istiqamətdə mühüm addımlar atmışıq. Hər il yeni imkanlardan, tribunalardan istifadə edərək 20 yanvar gerçəkliklərini dünya ictimaiyyətinə çatdırırıq. Ancaq faciənin dünya ictimaiyyətinə çatdırılmayan məqamları çoxdur. Bunun üçün də faciənin həqiqətləri ilə bağlı QHT-lər daha böyük işlər görməlidirlər. Bununla yanaşı, xaricdə yaşayan azərbaycanlılar dünya mətbuatına daha geniş məlumatlar çatdırmalıdırlar. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələn məsələləri yerinə yetirmək hər kəsin borcudur".

Bütün xəbərlər Facebook səhifəmizdə