İqbal Ağazadə: "Məmin üçün əhəmiyyətsizdir"

İqbal Ağazadə: "Məmin üçün əhəmiyyətsizdir"

Milli Şurada baş verənlər həmin qurumda təmsil olunmayan siyasi fərdlərin də müxtəlif qiymətləndirmələri ilə müzakirə olunmaqdadır. SİA-nın məlumatına görə, Ümid Partiyasının sədri İqbal Ağazadə üçün Milli Şura daxilində cərəyan edən hadisələr, eləcə də Müsavat Partiyasının qurumdan ayrılması elə də önəm kəsb etmir: "Mənim üçün Milli Şura deyilən bir təşkilatın mövcud olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Ona görə də, Milli Şuradan kim çıxdı, kim gəldi, məni maraqlandırmır."

Ümumiyətlə, müxalifətdaxili son proseslərin onun üçün ciddi məsələ olmadığını deyən Ağazadə qeyd edib ki, qeyri-ciddi məsələlərlə maraqlanmaq həvəsi yoxdur: "Bu, mənim üçün qeyri-ciddi məsələdir".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə