Sülhəddin Əkbər: “Rəsul Quliyevin dediklərinin heç bir əsası yoxdur”
"Biz partiyanın adını dəyişməklə niyyətimizi də bəlli etdik. Rəsul Quliyev deyir ki, ACP-nin ADP olması heç nəyi dəyişməyəcək, onun üçün önəmi yoxdur. Deyir ki, rayon təşkilatlarımız istefa verib. Amma onun dediklərinin heç bir əsası yoxdur". SİA-nın əldə etdiyi məlumata əsasən, Sülhəddin Əkbər bu fikirləri yanvarın 5-də ACP-nin iclasında deyib.
Mənbə bildirir ki, S.Əkbər iclasdan öncə Suraxanı rayon təşkilatına yeni sədr də təyin edərək iclas zamanı ayağa qaldıraraq onu təqdim edib. Bununla da, R.Quliyevin "ACP-nin Suraxanı rayon təşkilatının sədri ad dəyişməyə görə istefa verib" fikrinin yanlış olduğunu göstərmək istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB