"Mən Yaxın Şərq üzrə mütəxxəsis deyiləm, lakin ABŞ-ın İranla əməkdaşlıq edəcəkləri haqda razılığa gəldikləri şübhəsizdi". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Latviyanın Avropa Araşdırmalar İnstitutunun prezidenti Aleksand Qaponeneko Con Kerrinin "İran Suriya probleminin həll edilməsinə xeyir verə bilər" kimi bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq böyük ehtimalla Çinin maraqları çərçivəsində reallaşmaqdadır: "Mətbuatda ABŞ-ın İranın 7 milyard dollar məbləğində dondurulmuş vəsaitini aktivləşdirməsi kimi informasiyalar yer alırdı. Qeyd edim ki, bu, məhz ABŞ-ın Suriyadakı müxalifyönlülərə dəstəyini geri çəkdikdən dərhal sonra baş verdi. Deməli, ABŞ Suriyanı İrana güzəştə getdi. Bu iki böyük güzəşt idi. Onun müqabilində isə İran yalnız strateji istiqamətini dəyişməlidir. Üstəlik, ABŞ-ın İsraillə bağlı sərt mövqeyi və onu 1967-ci il sərhədləri çərçivəsinə qaytarmaq cəhdi də İranın maraq dairəsindədir. Adətən kiçik ölkələrdə belə güzəştlər yalnız böyük müharibə ərəfəsində baş verir. Misal üçün Üçüncü dünya müharibəsi kimi. Sizin ölkə üçün bu olduqca vacibdir".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB