Rəcəb Tayyib Ərdoğan Türkiyəni tərk etdi

Rəcəb Tayyib Ərdoğan Türkiyəni tərk etdi

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Yaponiyaya səfərə gedib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatəna görə, R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, Baş nazirin müavini Bülent Arınç, iqtisadiyyat naziri Nihat Zeybekçi, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, gənclər və idman naziri Akif Çağatay Kılıç, müdafiə naziri İsmət Yılmaz, nəqliyyat naziri Lütfü Elvan, Avropa İttifaqı naziri və baş müzakirəçi Mövlut Çavuşoğlu müşayiət edirlər.

R.T.Ərdoğan Uzaq Şərq səfərinə təkcə iqtidaryönlü KİV nümayəndələrini dəvət edib. Baş nazir Yaponiya, Sinqapur və Malayziyanı əhatə edən 5 günlük Uzaq Şərq səfərinə "Sabah", "Star", "Yeni Şafak" və digər iqtidaryönlü qəzetlərin nümayəndələrini çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə