Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Müdafiə Nazirliyi Vaqif Dərgahlının Nazirliyin mətbuat xidmətinin rəisi təyin edilməsi xəbərini təsdiqləyib. Nazirlikdən SİA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı müvafiq əmrlə polkovnik leytenant Vaqif Dərgahlı Nazirliyin mətbuat xidmətinə rəis təyin edilib.
Xatırladaq ki, Vaqif Dərgahlı bu vəzifəyə qədər Müdafiə Nazirliyinin İnformasiya İdarəsində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB