Müsavat Partiyasının Milli Şurada əsas partiya və hərəkatlarla əməkdaşlıq və müttəfiqlik sazişi imzalamaq təklifi AXCP tərəfindən gecikdirilir. SİA-nın məlumatına görə, hazırda AXCP-nin Ali Məclisinin toplantısı keçirilir və toplantıdan öncə Müsavat Partiyasının müttəfiqlik sazişinin imzalanması barədə təklifin müzakirə etməyəcəyi bildirilib. Qərarın gələn həftə Rəyasət Heyətinin iclasında veriləcəyi qeyd olunsa da, qarşı tərəfə müsbət cavabın verilməsi inandırıcı görünmür.
Qeyd edək ki, bugünə əqədər Müsavat Partiyasının təklifinə NİDA Hərəkatı və KXCP tərəfindən mənfi cavab verilib. Hər iki tərəf Milli Şura tərkibində fəaliyyət göstərən siyasi qurumların yenidən əməkdaşlıq haqqında saziş imzalanmasına lüzum görmədiklərini vurğulayıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB