Mirmahmud Mirəlioğlu: "Müsavatın təklifi qərarlarımıza uyğun gəlmir"
Müsavat Partiyasının əməkdaşlıq təklifinə KXCP-dən reaksiya verilib. SİA-nın məlumatına görə, klassiklərin sədri Mirmahmud Mirəlioğlu qarşı tərəfin irəli sürdüyü təşəbbüslə onların qərarları ilə üst-üstə düşmədiyini bildirib: "KXCP Ali Məclisinin 2013-cü ildəki hadisələr, prezident seçkiləri, Milli Şura və birliklə bağlı qərarları var. Müsavat Partiyasının müttəfiqlik təklifi isə həmin qərarlarımıza uyğun gəlmir".
Qeyd edək ki, KXCP bundan öncə də bəyan etmişdi ki, əgər partiyalar Milli Şurada birgə fəaliyyət göstərirlərsə, yenidən müttəfiqlik sazişi bağlamağa ehtiyac yoxdur. Müsavat Partiyası isə hazırda Milli Şura tərkibindən çıxmaq ehtimalını sürdürməkdədir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB