Sərdar Cəlaloğlu: "Nə İP, nə də Milli Şura xalqın maraqlarını təmin etmək üçün yaradılmadı"

Sərdar Cəlaloğlu: "Nə İP, nə də Milli Şura xalqın maraqlarını təmin etmək üçün yaradılmadı"

2013–cü ili acı məlubiyyətlərlə başa vuran müaxlifət eyni arenada fəaliyyət göstərən düşərgə təmsilçiləri tərəfindən ittiham olunmaqdadır. SİA-nın məlumatına görə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu belə fikirdədir.

O bildirib ki, ötən il ənənəvi müxalifət düşərgəsi üçün bir çox uğursuzluqlarla yadda qalıb: "2013-cü ildə müxalifətin böyük birliyi yarandı, ancaq seçkidən sonra bu birlik də parçalandı, kimlərsə ordan uzaqlaşdı. Onlar müxalifətin öz istəyi ilə, arzusu ilə, yaxud könüllü yaranmış birliklər deyildi, ona görə də necə yaranmışdısa, eləcə də dağıldı. Əgər Milli Şuranı nəzərdə tutursunuzsa, hər şey göz qabağında baş verdi. Nə Milli Şura, nə də İctimai Palata xalqın maraqlarını təmin etmək üçün yaradılmadı. Belə birliklər isə dayanıqlı ola bilməzdi".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə