Azərbaycan XİN Volqoqrad şəhərində baş vermiş terror aktlarını pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi Volqoqrad şəhərində baş vermiş terror aktlarını pisləyib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Volqoqrad şəhərində dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır və bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir, xəsarət alanların isə tezliklə şəfa tapmalarını arzuladığını bildirir.
Məlumatda deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB