Fazil Mustafa: "Faciəni əsas tutaraq divident qazanmağa meyl etmək yanlış addımdır"

Fazil Mustafa: "Faciəni əsas tutaraq divident qazanmağa meyl etmək yanlış addımdır"

"Müxalifətin insanların duyğusal məqamında baş verən hadisələrdən öz mənfəəti üçün istifadə etməsi doğru deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa müxalifətin iki gün öncə özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı baş verən hadisəni siyasi şouya çevirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir insanın yaşadığı faciədən yararlanmaq məqsədilə hadisəni siyasiləşdirmək heç bir mənəviyyata sığmır: "Bu sosial-siyasətdə olan nöqsanlardan yaranan hadisədir və məsələni gələcəyə ibrət olaraq görməliyik. Azərbaycanda yaşayan digər Qarabağ əlillərinin, ümumiyyətlə bütün əlillərin sıxıntı çəkməsinə imkan verməyəcək mühit yaratmaq lazımdır. Bu mühit xüsusilə qanunvericilik baxımdan tənzimlənməlidir. Düşünürəm ki, bu faciəni əsas tutaraq divident qazanmağa meyl etmək yanlış addımdır".

Qeyd edək ki, millət vəkili mərhumun ailəsinə baş sağlığı vermək məqsədilə Zaur Həsənovun vida mərasimində iştirak edəcəyini də deyib.

Xatırladaq ki, dekabrın 25-də özünə qəsd edən II qrup Qarabağ əlili Zaur Həsənov dünən müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Mərhum Zaur Həsənovun atası Həsən Həsənov dəfn mərasimi zaman deyib ki, hadisəyə kənar qüvvələrin reaksiyası bizə lazım deyil. Hamı nə olduğunu bilir. Qarabağ əlilinin ölümündən istifadəyə cəhdlər edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə