Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib
Dekabrın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi, Baş nazirin müavini Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib.
İclasda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfransın keçirilməsinə hazırlıq barədə müzakirə aparılmış və müvafiq qərar qəbul edilib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında partiyanın nəzdində fəaliyyət göstərən komissiyalara dair əsasnamə müzakirə edilərək qəbul olunub.
İdarə Heyətinin iclasında komissiyaların təqdim etdiyi iş planlarına baxılıb və bununla əlaqədar fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB