Korrupsiya Əleyhinə Qlobal Təşkilatın Azərbaycan bölməsi yaradılıb

Korrupsiya Əleyhinə Qlobal Təşkilatın Azərbaycan bölməsi yaradılıb

Milli Məclisdə Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının (GOPAC) Azərbaycan bölməsi təsis olunub. SİA-nın xəbərinə görə, bu barədə rəsmi məlumat təşkilatın saytında yerləşdirlib.

Azərbaycan parlamentində yaradılan GOPAC-ın yeni bölməsi 12 noyabr 2013-cü ildə Milli Məclisin 20 deputatının iştirakı ilə təsis olunub. Milli Məclisdə keçirilən açılış mərasimində təşklatın Azərbaycan bölməsinin həmsədri seçilib. GOPAC-ın Azərbaycan bölməsinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik edəcək. Milli Məclisin deputatı Fuad Muradov yeni qurumun sədr müavini seçilib.

Xatırladaq ki, 2003-cü ildə Meksikada yaradılan bu beynəlxalq qurumun əsas məqsədi BMT-nin korrupsiya əleyhinə olan Konvensiyalarının həyata keçirilməsinə yarımçı olmaq və bu yöndə ölkə parlamentlərinin rolunu artırmaqdır.

GOPAC-ın əsas şöbəsi Ottavada yerləşir. Beynəlxaq Təşkilatın Afrikada, Cənub-Şərqi Asiyada, Mərkəzi Amerikada nümayəndəlikləri mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə