Heydər Əliyev Fondu kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirib FOTOLAR

Heydər Əliyev Fondu kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirib FOTOLAR

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, rayon İcra hakimiyyətinin məsul işçiləri, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 9 saylı Xüsusi internat məktəbi, 39 nömrəli Kardiorevmotoloji Uşaq Sanatoriyası və "Müşfiq" Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev uşaqların keyfiyyətli təhsili, onlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi və qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial müdafiə mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaratmaq Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipi olduğunu bildirib.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət artıq milli strategiya kimi formalaşmışdığını vurğulayıb. Son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir və bu iş gündən-günə artıq vüsət aldığını tədbir iştirakçılarının nəzərinə çatıb. Daha sonra tədbir bayram şənliyi konserti ilə davam edərək Şaxta baba, Qar qız, cizgi film personajlarının, nağıl qəhramanlarının şən zarafatları, incəsənət ustalarının çıxışları bayram ovqatını daha da artırıb. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. Şənliyin sonunda uşaqlara hədiyyələr paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə