Eldəniz Quliyev: “Cəmil Həsənlidən bu məsələyə diplomatik yox, səmimi münasibət gözləyirəm”

Eldəniz Quliyev: “Cəmil Həsənlidən bu məsələyə diplomatik yox, səmimi münasibət gözləyirəm”
Rüstəm İbrahimbəyovun bəyanat verərək Milli Şuranın "fəxri sədrliyindən" imtina etməsindən sonra "El" Hərəkatı da bənzər addımlar atmaq qərarına gəlib. SİA-nın məlumatına görə, artıq Milli Şura təmsilçisi, "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev də Milli Şurada təmsil olunmadığını bəyan edib. Onun sözlərinə görə, bu istefa ilə Milli Şuranın kəlimeyi-şəhadəti oxundu və artıq orada təmsil olunmaq öz mənasını itirdi: "Mən özümün orada təmsilçiliyimin nədən ibarət olduğunu aydınlaşdıra bilməmişəm. Növbəti sessiyada bu məsələni də qaldıracam. "

E.Quliyev eyni zamanda tələb edib ki, Milli Şura sədri Cəmil Həsənli İbrahimbəyovun istefasına diplomatik deyil, səmimi münasibət göstərsin: "Cəmil Həsənlidən bu məsələyə diplomatik yox, səmimi münasibət gözləyirəm".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня