Bu gün Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycan Respublikasına səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib. SİA-nın məlumatına görə, Dağıstan Respublikasının Prezidenti və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər.
Prezident Ramazan Abdulatipov "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Daha sonra qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Sonra Prezident Ramazan Abdulatipov Bakının mənzərəsini seyr edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB