Bahar Muradova: "2020-ci il və ondan sonrakı dövrə hesablanan proqramlar və hədəflər bəllidir"

Bahar Muradova: "2020-ci il və ondan sonrakı dövrə hesablanan proqramlar və hədəflər bəllidir"

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı son 10 il ərzində yalnız nailiyyətlər, uğurlar müşaiyət edib və ölkəmiz qısa müddət ərzində sıçrayışlı inkişafa nail olub". Bu fikirləri SİA-ya Milli Məclis sədrinin müavini Bahar Muradova Prezident İlham Əliyevin 10 illik fəaliyyəti barədə danışarkən deyib.

B. Muradova deyib ki, hazırda Azərbaycan inkişaf etməkdə olan dövlətlər sırasından çıxaraq inkişaf etmiş dövlətlər sırasına daxil olma mərhələsindədir: "Artıq ölkəmizdə yaxın 5 il ərzində qarşıya qoyduğumuz hədəflərə çatmağın yolları aranmaqdadır. Görüləcək işlər isə müəyyən olunan bu istiqamət üzrə yalnız nailliyyətlərə hesablanıb. Artıq bu nailiyyətləri əldə etmək üçün çoxsaylı işlər də görülüb. Azərbaycan bütün resurslarını səfərbər edərək, qarşıya qoyulan hədəflərə çatmaq niyyətindədir. Əlbəttə, hədəflərimizə çatmağa xidmət edən bütün işlərin də görüləcəyinə əminik".

B. Muradova vurğulayıb ki, Prezident İlham Əliyevin son 10 il ərzində ölkəyə rəhbərliyi nəticəsində sərgilədiyi siyasət, mövqe, ortaya qoyduğu fəaliyyət yalnız bu amaldan irəli gəlib: "Azərbaycan yalnız uğurdan- uğura yol alır və qarşıya qoyulan bütün hədəflərə zamanında və istənilən formada nail olur. Zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və xalq tərəfindən dəstəklənərək həyata keçirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, Azərbaycanın çoxsaylı sərvətləri, o cümlədən başlıca sərəvəti olan insan, elmi potensial, coğrafi imkanlarımız, enerji ehtiyatlarımız və beynəlxalq aləmdə qazandığımız nailiyyətlər, beynəlxalq təşkilatlarda tutduğumuz əhəmiyyətli mövqelər deməyə imkan verir ki, qarşıya qoyduğumuz hədəflərə mərhələ-mərhələ çatmağa imkan verir. Amalımız Azərbaycan insanının layiq olduğu rifah içərisində yaşamasından ibarətdir. Bu gün artıq çoxsaylı nailiyyətlərimiz var və həyata keçirilən siyasətin mərkəzində Azərbaycan xalqı dayanır və bu siyasətin məzmunu sosialdır".

B. Muradova qeyd edib ki, 2020-ci il və ondan sonrakı dövrə hesablanan proqramlar və hədəflər bəllidir: "Hədəflərimizə doğru inamla irəliləyirik. Bu inamı da bizə təlqin edən ölkə başçısı İlham Əliyevdir. Çünki dövlət başçısı uğurlu siyasətə, qətiyyətli mövqeyə, xalqına verdiyi bütün vədləri və dövlət qarşısında üzərinə götürdüyü ciddi öhdəlikləri yerinə yetirmək imkanlarına malikdir. Bizə nailiyyətlərimizlə qürur duymağa, imkanlarımızı yalnız ölkəmizin inkişafına sərf etmək şəraitini yaradan dövlət başçımızı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə