KİVDF jurnalistlərə mənzillərin açarlarını təqdim edib YENİLƏNİB-FOTO

KİVDF jurnalistlərə mənzillərin açarlarını təqdim edib YENİLƏNİB-FOTO

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə KİVDF-nin sədri Vüqar Səffərli, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, rabitə informasiya və texnologiyaları naziri Əli Abbasov, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak edib.

KİVDF-nin sədri Vüqar Səfərli mərasimi giriş nitqi ilə açaraq deyib ki, bu gün bizim üçün ən yadda qalan gün olacaq: "Bu gün biz 22 iyul 2013-cü ildə jurnalistlər üçün tikilən binanın sənədlərini və açarlarını sizlərə təqdim edəcəyik: "Bütün kommunal xidmətlərlə bağlı sənədlər mənzil sahiblərinin adlarına aktlaşdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binanın yaxınlığında yeni binanın təməlini atıb. Yeni bina 2 il ərzində tikiləcək və 2015-ci il 22 iyul Milli Mətbuat Günündə istifadəyə veriləcək".

V. Səfərli dövlət başçısı tərəfindən jurnalistlərə göstərilən diqqət və qayğını yüksək dəyərləndirib və bunun dünyada bir ilk oldğunu sözlərinə əlavə edib.

Daha sonra mənzillərin sənədlərini açarlarını jurnalistlərə PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim edib. Sənədi və açarları alanlar arasında "SƏS" Media qrupunun əməkdaşları da olub. Belə ki, yeni mənzillərin açarlarını alanlar arasında "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev, "SƏS" qəzetinin əməkdaşları Valeh Məhərrəmli, Zümrüd Bayramova, Hüseyn Paşayev "Səs" İnformasiya Agentliyindən Vəli Vəliyev, Rəfiqə Hüseynova olub.

Tədbir hazırda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə