“Bu siyasət Azərbaycanı çox böyük qələbələrə, zirvələrə doğru aparır” AÇIQLAMA

“Bu siyasət Azərbaycanı çox böyük qələbələrə, zirvələrə doğru aparır” AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 10 ildə fəaliyyətinə nəzər salsaq, ölkə başçısının gördüyü işlərin irimiqyası, geniş hədəflərə yönəldiyini görərik". Bu sözləri SİA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni ölkə rəhbərinin 10 illik fəaliyyətindən danışarkən deyib. O bildirib ki, bu illər ərzində görülən işlərin nəticəsidir ki, Azərbaycan Qafqazda lider ölkəyə çevrilib.

Onun sözlərinə görə, ölkəmizdə elə bir sahə yoxdur ki, bu illər ərzində həmin sahəyə diqqət yetirilməsin, onun inkişafına dair addımlar atılmasın. R. Zeyni vurğulayıb ki, 10 illər ərzində görülən işləri sadalamaq üçün uzun müddət tələb olunur: "Bu illər ərzində ölkəmizin bütün sahələri üzrə mühüm işlər görülüb. İstər iqtisadi, istər siyasi, istər sosial, istərsə də vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar mühüm addımlar atılıb. Bu gün Bakı 10 il müddətində ölkəmizin beynəlxalq aləmdə nufuzunun artmasına dair görülən işlərin nəticəsi olaraq beynəlxalq kültür, tolerantlıq mərkəzinə çevrilib. Ölkəmizdə beynəlxalq forumlar, müsabiqələrin keçirilir".

10 il ərzində ölkəmizdə digər sahələrin inkişafı ilə bağlı görülən işlərdən danışan MQF prezidenti qeyd edib ki, bu illər ərzində bütün sahələrlə yanaşı regionlarımızın da sosial-iqtisadi inkişafı ilə bağlı çox mühüm addımlar atılıb: "Regionlarımız şəhərdən fərqlənmir. Əhalinin sosial rifahı yaxşılaşdırılıb, ölkəmiz güclü orduya sahib olub. Bütün görülən işlər sayəsində Azərbaycan 155 dövlətin dəstəyinə nail olub. Ölkə başçısı bütün sahələrlə yanaşı, vətəndaş cəmiyyətin inkişafına da xüsusi diqqət göstərir. Buna misal vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət tərəfindən vəsaitin ayrılmasıdır".

R. Zeyni həmçinin bildirib ki, xüsusən də son illər ölkəmizdə əldə olunan nailiyyətlər ölkə başçısının apardığı düzgün, mütərəqqi siyasətin nəticəsidir: "Belə ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bu ilin ən möhtəşəm hadisələrindən olan "Şahdəniz 2" layihəsinin reallaşdırılması ilə bağlı imzalana sənədlər əsası Ulu Öndər tərəfindən qoyulan və hazırda da ölkə başçısı tərəfindən davam etdirilən irimiqyaslı, geniş hədəflərə yönəlik siyasətin nəticəsində əldə olunub. Bundan əlavə ölkə başçısı Dağlıq Qarabağ probleminin həlli istiqamətində də səylərini ortaya qoyur. İnanırıq və əminik ki, problem tezliklə həllini tapacaq. Ölkə başçısının həyata keçirdiyi siyasət Azərbaycanı çox böyük qələbələrə, yeni hədəflərə və zirvələrə doğru aparır".

Bütün xəbərlər Facebook səhifəmizdə