Gülçöhrə Məmmədova: “Hər bir azərbaycanlı ölkə başçısının fəaliyyətinə yüksək qiymət verir” MÜNASİBƏT

"Hər bir azərbaycanlı ölkə başçısının 10 il ərzində prezident fəaliyyətinə çox yüksək qiymət verir. Ona görə ki, ölkəmiz bu müddət ərzində daha da inkişaf edib, böyük uğurlara imza atılıb". Bu sözləri SİA-ya millət vəkili Gülçöhrə Məmmədova ölkə başçısının 10 illik faəliyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, 10 il müddətində ölkəmizin sosial-iqtisadi inkişafını əks etdirən bir çox məsələlər var ki, bura dövlət büdcəsinin artması, əhalinin sosial rifahının yüksəlməsi, işsizlik səviyyəsinin azalması və digərləri daxildir: "Biz gündəlik həyatımızın dəyişməsində ölkə başçısının çox böyük zəhmətini görür və dəyərləndiririk. Mən ölkə başçısının bu illər ərzində regionların inkişafı ilə bağlı gördüyü işlərə xüsusi toxunmaq istəyirəm. Heç bir ölkə Prezidenti regionlarla bu qədər maraqlanmır, onların inkişafı ilə məşğul olmur. Məhz ölkə başçısının bu sahə ilə bağlı gördüyü işlərin nəticəsidir ki, bu gün yalnız Azərbaycanın paytaxtı deyil, eyni zamanda bütün regionları, rayon mərkəzləri və kiçik şəhərləri dəyişib, abadlaşıb və gözəlləşib. Ən əsası da əhalinin sosial rifah səviyyəsi yüksəlib. Çoxlu sayda yeni iş yerlərinin yaradılması, insanların yaşayış səviyyəsi, ümumilikdə isə ölkəmizin iqtisadi vəziyyətinin artması deməkdir".

Ölkə başçısının təhsil sahəsində gördüyü işlərdən danışan millət vəkili vurğulayıb ki, 10 il ərzində 2700 məktəb tikilib və yaxud əsaslı şəkildə təmir edilib: "Bu, təhsildə maddi texniki bazanın yaradılması deməkdir. Bundan əlavə, təhsil sahəsində ali məktəbələrə böyük vəsaitlər qoyulub, yeni binalar inşa etdirilib və onaların maddi texniki bazasının yenilənməsi istiqamətində mühüm addımlar atılıb".

Ölkə başçısının 10 illik fəaliyyəti çərçivəsində ölkəmizin beynəlxalq aləmdə nufuzu ilə bağlı görülən işlərə toxunan G. Məmmədova qeyd edib ki, bu illər ərzində ölkəmizin mühüm beynəlxalq nüfuza malik olmasının əsas göstəriciləri Azərbaycanın BMT Təhlükəsilik Şurasına qeyri-daimi üzv seçilməsi, beynəlxalq forumların o cümlədən də dünya iqtisadi forumunun ölkəmizdə keçirilməsidir. 10 il müddətində ökəmizin əldə etdiyi uğurlar çoxdur və onları danışmaqla bitməz. Mən düşünürəm ki, Azərbaycan xalqı bu il ölkəmizdə keçirilən prezident seçkilərində ölkə başçısını dəstəkləməklə onun gördüyü işlərə böyük qiymət verdiyini bir daha sübut etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə